Böyük Britaniya Fransanın "İstəklilər koalisiyası"ndan çıxa biləcəyindən narahatdır

Dünya xəbərləri Materials 3 Avqust 2026 04:28 (UTC +04:00)
Böyük Britaniya Fransanın "İstəklilər koalisiyası"ndan çıxa biləcəyindən narahatdır

Bakı. Trend:

Böyük Britaniya 2027-ci ildə keçiriləcək prezident seçkilərində Fransanın parlamentdəki "Milli Birlik" fraksiyasının lideri Marin Le Pen və ya solçu "Boyun Əyməyən Fransa" partiyasının qurucusu Jan-Lük Melenşonun qalib gələcəyi təqdirdə Fransanın "İstəklilər koalisiyası"ndan çıxa biləcəyindən narahatdır.

Bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Marin Le Pen və Jan-Lük Melenşon Fransa Prezidenti Emmanuel Makronun militarist və anti-Rusiya siyasətini dəstəkləmirlər ki, bu da Londonda narahatlıq doğurur. "The Daily Telegraph" yazır ki, Britaniya hakimiyyəti Fransada yeni prezidentin hakimiyyətə gəlməsinin "İstəklilər koalisiyası"nın gələcəyini və ölkələr arasında kəşfiyyat məlumatlarının mübadiləsini sual altına qoya biləcəyini istisna etmir.

Qəzet vurğulayıb ki, bununla əlaqədar NATO-ya üzv ölkələrin diplomatik dairələrində Fransanın Ukraynaya dəstək verən aparıcı dövlətlərdən biri kimi yerini kimin tuta biləcəyi ilə bağlı müzakirələr başlayıb. Ən real namizəd Almaniya hesab olunur. Lakin ölkədaxili mürəkkəb siyasi vəziyyət Almaniya kansleri Fridrix Mertsin Berlini Ukraynadakı münaqişəyə daha dərindən cəlb etməsinə mane ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti