Bakının bu ərazisində işıq olmayacaq

Cəmiyyət Materials 3 Avqust 2026 08:30 (UTC +04:00)
Bakının bu ərazisində işıq olmayacaq

Bakı. Trend:

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.

Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirili ki, bununla əlaqədar olaraq bu gün saat 10:00-dan 13:00 dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti