ABŞ İrana II Dünya müharibəsindən bəri ən güclü zərbələri endirəcək – Heqset

Dünya xəbərləri Materials 3 Avqust 2026 13:24 (UTC +04:00)
ABŞ İrana II Dünya müharibəsindən bəri ən güclü zərbələri endirəcək – Heqset
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin müharibə naziri Pit Heqset ABŞ ordusunun İrana İkinci Dünya müharibəsindən bəri misli-görülməmiş miqyasda zərbələr endirməyə hazır olduğunu bildirib.

"O silahlar doldurulub və istifadəyə hazırdır", – deyə Pentaqonun rəhbəri "X" sosial şəbəkəsində paylaşım edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişinin bağlanması üzrə danışıqların başlanacağını açıqlamışdı. O, həmçinin Tehranla razılıq əldə etmək naminə İslam Respublikasına planlaşdırılan genişmiqyaslı zərbələri təxirə salmağa razılaşdığını bildirmişdi.

Trampın sözlərinə görə, İran və Yaxın Şərqin bir sıra ölkələri Vaşinqtona müraciət edərək hücumlardan çəkinməyi xahiş ediblər, çünki tərəflər gələcək sazişin əsas müddəalarını artıq müəyyənləşdiriblər.

ABŞ Prezidenti qeyd edib ki, saziş Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti