Bakı. Trend:
Yelo Bank korporativ müştərilərinin işini sadələşdirən rəqəmsal
həllərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti
yenilik sayəsində hüquqi şəxslər və fərdi sahibkarlar Yelo İnternet
Bankçılıq platforması üzərindən tender qarantiyasını artıq heç bir
girov təqdim etmədən əldə edə bilərlər.
İndiyədək tenderlərdə iştirak zamanı girov qoyulması tələbi
sahibkarlar üçün əlavə sənədləşmə və vaxt itkisi yaradırdı. Yelo
Bank bu baryeri aradan qaldıraraq, biznes subyektlərinə 5000
manatadək olan tender qarantiyasını əmlak qiymətləndirməsi olmadan,
100% rəqəmsal formatda təklif edir. Sahibkarlar tenderin şərtlərinə
uyğun müddəti sərbəst seçərək, müraciətdən sənədin əldə
olunmasınadək bütün prosesi birbaşa İnternet Bankçılıq kabinetindən
həyata keçirə bilirlər.
Hələ də Yelo Bank-da biznes hesabı olmayan sahibkarlar da bu
imkandan rahatlıqla yararlana bilərlər. Yelo İnternet Bankçılıq
portalına daxil olaraq cəmi bir neçə dəqiqə ərzində rəqəmsal biznes
hesabı açmaq və dərhal girovsuz tender qarantiyası üçün müraciət
etmək mümkündür.
Xidmət haqqında daha ətraflı məlumat və müraciət üçün: https://ylb.az/ibank.
Bank xidmətləri ilə, eləcə də mikro kredit
ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası!