Dəlillər Ukrayanın İranın ticarət gəmisinə hücumunun qəsdən olduğunu göstərir – Bəqai

Dünya xəbərləri Materials 3 Avqust 2026 12:24 (UTC +04:00)
Dəlillər Ukrayanın İranın ticarət gəmisinə hücumunun qəsdən olduğunu göstərir – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bir çox aydın dəlillər, o cümlədən Ukrayna prezidentinin açıqlamaları Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunun qəsdən olduğunu göstərir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (3 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Ukrayna rəsmiləri həm İran xarici işlər naziri ilə birbaşa təmaslarında, həm də İrana göndərilən müraciətlərində bu hücumun qəsdən olmadığını qeyd ediblər. İran tərəfi bu hücumun qəsdən və ya bilməyərəkdən olmasına dair Ukrayna tərəfinin iddiasını təsdiqləyəcək praktiki addımın atılmasını gözləyir.

İran Ukrayna tərəfindən daha belə bir səhvin təkrarlanmamasından arxayın olmaq üçün lazım olan hər bir addımı atacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran XİN iyulun 25-də səhər saatlarında Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etdiyini, hücum nəticəsində gəminin zədələndiyini, bir dənizçinin həlak olduğunu və daha birinin yaralandığını bildirib. İran tərəfi bu hücumu qınayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti