“MiQ-29” qırıcıları Bolqarıstanda ixtilaflara yol açıb

Dünya xəbərləri Materials 3 Avqust 2026 12:11 (UTC +04:00)
“MiQ-29” qırıcıları Bolqarıstanda ixtilaflara yol açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanovun Polşadan “MiQ-29” qırıcıları və onlar üçün ehtiyat hissələri almaq planları ölkə parlamentində ixtilafa yol açıb.

Bu barədə BTA məlumat yayıb.

"Demokratik Bolqarıstan" koalisiyasından olan deputat İvaylo Mirçev bununla bağlı bəyanatla çıxış edib. Onun fikrincə, Bolqarıstan ordusuna “MiQ-29” deyil, NATO standartlarına uyğun müasir döyüş təyyarələri alınmalıdır.

"Bolqarıstanın Qərb istehsalı olan hərbi texnika ilə yenidən silahlanmalı olduğu bir vaxtda məlum olur ki, biz Polşadan “MiQ-29”ların satmalarını xahiş edirik", – deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, ölkə "Sovet aviasiyasının qəbiristanlığına" çevrilməməlidir. Mirçev xatırladıb ki, NATO-ya üzv ölkələr artıq "MiQ-29" qırıcılarından imtina edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti