Bakı.Trend:
ABŞ-nin Vaşinqton ştatında meşə yanğınları səbəbindən 65 mindən çox insan təxliyə edilib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, yanğın artıq Spokan dairəsində 700-dən çox tikilini məhv edib, alovun əhatə etdiyi ərazi isə 3 min hektarı ötüb. Xilasedicilərin bütün səylərinə baxmayaraq yanğını hələ ki, lokallaşdırmaq mümkün olmayıb.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson CNN-ə bildirib ki, yerli hakimiyyət orqanları daha əvvəl yardım üçün müraciət etmiş, lakin sonradan əlaqə kəsilən 14 nəfərin yerini müəyyənləşdirməyə çalışır. O vurğulayıb ki, həmin şəxslər hələ ki, itkin düşmüş hesab edilmirlər.
