İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri Bakıda şəhidlərin xatirəsini anıb (FOTO)

Siyasət Materials 4 Avqust 2026 11:45 (UTC +04:00)
İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri Bakıda şəhidlərin xatirəsini anıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis avqustun 4-də Şəhidlər xiyabanını ziyarət edib.

Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbərinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti