İrəvanda müttəhim məhkəmə zalından qaçıb

Dünya xəbərləri Materials 4 Avqust 2026 13:49 (UTC +04:00)
İrəvanda müttəhim məhkəmə zalından qaçıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda barəsində həbs qərarı çıxarılan müttəhim, hökmün oxunmasından sonra məhkəmə zalından qaçıb.

Ermənistan KİV-lərinin məlumatına görə, hadisə avqustun 3-də baş verib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilib. Lakin həbs qərarı elan edildikdən sonra onun qaçmağa müvəffəq olduğu bildirilir.

Hazırda polis əməkdaşları qaçan şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Hadisənin bütün halları araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti