Bakıda Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü tədbiri keçirilir (FOTO)

Siyasət Materials 5 Avqust 2026 11:25 (UTC +04:00)
Bakıda Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü tədbiri keçirilir (FOTO)
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanın Azərbaycandakı səfirliyində Hindistanın nəzarəti altında olan Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü (Youm-e-Istehsal) münasibətilə tədbir keçirilir.

Trend-in müxbiri xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, akademik dairələrin üzvləri, vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələri iştirak edirlər.

Görüş çərçivəsində Hindistanın nəzarəti altında olan Cammu və Kəşmirdəki vəziyyət müzakirə olunur, həmçinin region sakinləri ilə həmrəylik ifadə edilir.

İştirakçılar sülhün, ədalətin və beynəlxalq hüquqa hörmətin təşviqinin vacibliyini, eləcə də Cammu və Kəşmir məsələsinin müvafiq beynəlxalq qətnamələrə uyğun olaraq sülh yolu ilə həllinin zəruriliyini vurğulayırlar.

Tədbirin proqramına həmçinin regional sülh, sabitlik və humanitar gündəliklə bağlı fikir mübadiləsi, eləcə də mövcud çağırışların həllində dialoq və beynəlxalq əməkdaşlığın rolu barədə müzakirələr daxildir.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti