ABŞ, Oman və İran Hörmüzlə bağlı razılaşmanı elan etməyə hazırlaşır

Dünya xəbərləri Materials 5 Avqust 2026 09:49 (UTC +04:00)
ABŞ, Oman və İran Hörmüzlə bağlı razılaşmanı elan etməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ, İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı müvəqqəti razılaşmanın əldə olunmasına yaxındır və Vaşinqton bu razılaşmanı avqustun 5-də elan etməyi planlaşdırır.

Bu barədə "Axios" məlumat yayıb.

Nəşrin yazdığına görə, artıq bir neçə həftədir davam edən danışıqlar ABŞ və İran arasında atəşkəs rejiminin bərpasına, həmçinin nüvə sazişi üzrə danışıqların yenidən başlanmasına yönəlib. Təklif olunan razılaşma İranın müharibədən əvvəl malik olmadığı Hörmüz boğazında gəmi hərəkətinə nəzarətin gücləndirilməsi ilə bağlı bəzi tələblərini də qarşılayacaq.

Bölgədəki iki mənbənin sözlərinə görə, razılaşma Oman və İran arasında Hörmüz boğazı üzrə 60 günlük müvəqqəti sazişi nəzərdə tutur və bu müddət uzadıla bilər. Boğaz vasitəsilə Fars körfəzinə daxil olan bütün gəmilər İranın ərazi suları ilə keçən şimal marşrutu üzrə hərəkət edəcək. Hörmüz boğazından çıxaraq Ərəb dənizinə yönələn bütün gəmi axını isə İranla koordinasiya şəraitində Omanın ərazi suları ilə keçən cənub marşrutu üzrə həyata keçiriləcək.

Plana əsasən, 60 gün ərzində keçid haqqı və digər rüsumlar tutulmayacaq. Bundan əlavə, tərəflər 30 gün ərzində boğazdakı minalanmış ayırıcı zolağın minalardan təmizlənməsinə başlamağı öhdələrinə götürəcəklər. Həmin ayırıcı zolaq təmizləndikdən sonra Oman və İran arasında razılaşdırılacaq daimi sazişin şərtlərinə uyğun olaraq giriş və çıxış istiqamətlərində gəmi hərəkəti üçün istifadə ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti