"Google"un Azərbaycanın axtarış sistemləri bazarındakı payı açıqlandı

İqtisadiyyat Materials 4 Avqust 2026 21:57 (UTC +04:00)
Google laptop
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

İyul ayında Azərbaycanın axtarış sistemləri bazarında "Google"un payı məlum olub.

"Global Stats" Statistika Mərkəzinin məlumatına görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, "Google" axtarış sistemi axtarış sistemlərinin Azərbaycan seqmentində inamlı liderliyini qoruyub saxlayıb.

Qeyd olunur ki, cari ilin iyul ayında "Google" axtarış sisteminin Azərbaycanda bütün platformalar (kompüterlər, mobil cihazlar və planşetlər) üzrə bazar payı 98,41 faiz təşkil edib. Bu göstərici iyun ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Bundan əlavə, "Global Stats"ın məlumatına görə, ikinci yeri tutan "Yandex" bazar payını 0,18 faiz bəndi artıraraq 0,96 faizə çatdırıb.

"Üçüncü yeri tutan Bing-in bazar payı 0,09 faiz bəndi azalaraq 0,51 faizə enib. Dördüncü yerdə əvvəlki ayla müqayisədə bazar payı dəyişməyən "DuckDuckGo" qərarlaşıb. İlk beşliyi isə bazar payı ay ərzində 0,01 faiz bəndi azalaraq 0,04 faizə düşən Yahoo! tamamlayır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Global Stats"ın məlumatına görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, "Google" dünya üzrə axtarış xidmətləri bazarında da liderliyini qoruyub saxlayıb. İkinci yeri "Bing", üçüncü yeri isə "Yandex" tutub. İlk beşliyə həmçinin "Yahoo!" və "DuckDuckGo" da daxil olub.

"Google"un rəsmi saytında yerləşdirilən məlumata əsasən, şirkət süni intellekt sahəsində əsas yeniliklərlə bağlı mütəmadi icmallar dərc edir. 2026-cı ilin iyun ayının yekunlarına dair hesabatda "Google" real vaxt rejimində nitqin tərcüməsi üçün "Gemini 3.5 Live Translate" funksiyasının istifadəyə verildiyini, "Android 17"nin yeni imkanlarını, həmçinin Gemini əsasında işləyən yeni "Google Home Speaker" ağıllı səs sütunu təqdim etdiyini bildirib. Bundan əlavə, şirkət lokal süni intellekt modellərinin imkanlarının genişləndirildiyini, developerlər, biznes və təhsil üçün alətlərin inkişaf etdirildiyini açıqlayıb və məhsullarının funksionallığını və istifadəsinin rahatlığını artırmaq məqsədilə süni intellekti öz məhsullarına inteqrasiya etməyə davam etdiyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti