Bakı. Trend:
ABŞ müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin əsas sursat ehtiyatlarının tükəndiyini təkzib edib.
Pit Heqset “X” sosial şəbəkə hesabında "CNN" telekanalının yaydığı məlumatı şərh edərkən “Bu başlıq həqiqətə uyğun deyil” yazıb.
Daha əvvəl "CNN" telekanalı öz mənbələrinə istinadla Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyünü və ABŞ hərbi komandirlərinin arsenalın vəziyyətindən ciddi narahat olduğunu bildirib. Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. CNN-in mənbələri ABŞ-nin müharibədən əvvəlki səviyyə ilə müqayisədə THAAD raketləri ehtiyatının təxminən 80 faizini, həmçinin “Patriot” raketlərinin ehtiyatlarının təxminən yarısını istifadə etdiyini bildiriblər.