Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qəbulda əvvəlcədən müraciət etmiş sakinlər iştirak ediblər.
Müraciətlər məşğulluq, sosial müdafiə, tikinti və digər sahələri əhatə edib. Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub, araşdırılması zəruri olan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verib.