Bakı. Trend:
Gürcüstanın müxtəlif bölgələrində yenidən kütləvi elektrik enerjisi kəsintisi baş verib.
Bu barədə "TASS"ın müxbiri məlumat yayıb.
Yerli KİV-lərin və sosial şəbəkə istifadəçilərinin məlumatına görə, elektrik enerjisi həm Tbilisidə, həm də ölkənin digər şəhərlərində kəsilib.
Xatırladaq ki, iyulun 25-də də Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi yaşanmışdı. Buna səbəb kimi 500 kilovoltluq "İmereti" elektrik ötürücü xəttində baş vermiş qəza göstərilmişdi.
