Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?

Cəmiyyət Materials 5 Avqust 2026 16:04 (UTC +04:00)
Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İşləyən anaların ana südünü sağıb saxlaması təhlükəsiz və tövsiyə olunan üsuldur.

Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.

Onun sözlərinə görə, sağılmış ana südü təmiz, steril şüşə və ya BPA-sız plastik qabda, yaxud ana südünün saxlanması üçün nəzərdə tutulmuş xüsusi paketlərdə saxlanmalıdır:

“Hər qabın üzərində südün sağılma tarixi və saatı qeyd edilməlidir. Ana südünün saxlanma müddəti aşağıdakı kimidir:

Otaq temperaturunda (25°C-yə qədər) ən yaxşı nəticə üçün 4 saata qədər, uyğun gigiyenik şəraitdə maksimum 6 saata qədər saxlamaq olar. Soyuducuda (4°C və ya daha aşağı) 4 günə qədər saxlamaq mümkündür. Dondurucuda (-18°C və ya daha aşağı) optimal olaraq 6 aya qədər, qəbul edilən maksimum müddət isə 12 aya qədərdir”.

Pediatr qeyd edib ki, əridilmiş ana südü soyuducuda 24 saat ərzində istifadə edilməli və yenidən dondurulmamalıdır:

“Süd mikrodalğalı sobada qızdırılmamalıdır, çünki bu, qida maddələrinin və immunoloji komponentlərin zədələnməsinə, həmçinin qeyri-bərabər qızmaya səbəb ola bilər. Süd ilıq su vannasında və ya axar ilıq su altında tədricən isidilməlidir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti