Londonda bıçaqlı hücum – dörd nəfər yaralanıb

Dünya xəbərləri Materials 5 Avqust 2026 17:51 (UTC +04:00)
Londonda bıçaqlı hücum – dörd nəfər yaralanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İngiltərənin paytaxtı Londonun mərkəzində bıçaqlı hücum baş verib.

Bu barədə “Sky News” telekanalı paytaxt polisinə istinadən xəbər verib.

Hadisə nəticəsində xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. İnsident Londonun Kovent-Qarden rayonunda baş verib. İlkin məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən qadın hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hücumun motivləri və digər təfərrüatları hələlik məlum deyil.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti