MakQreqor əməliyyat olunub

Dünya xəbərləri Materials 6 Avqust 2026 13:45 (UTC +04:00)
MakQreqor əməliyyat olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Mütləq Döyüşçü Çempionatının (UFC) keçmiş çempionu – irlandiyalı əlbəyaxa döyüş sənətləri ustası Konor MakQreqor ayağından uğurlu əməliyyat olunub.

Bu barədə o, özü “Instagram” səhifəsində məlumat verib.

“Əməliyyat ideal keçib. Mən buna əminəm”, -deyə MaqQreqor yazıb.

MakQreqor bir müddət əvvəl Las-Veqasda (ABŞ-nin Nevada ştatı) keçirilən UFC turnirində Maks Holloueyə texniki nokautla məğlub olmuşdu. O, qarşılaşmanın ilk saniyələrində ayağından ciddi xəsarət aldığı üçün döyüşü davam etdirə bilməyib.

Döyüşdən sonra UFC prezidenti Deyna Uayt bildirib ki, Makqreqor dizinin ön çarpaz bağını zədələyib və bu səbəbdən təxminən bir il müddətinə yarışlardan kənarda qalacaq.

38 yaşlı Makqreqor qarışıq döyüş növlərində (MMA) xidməti siyahısında 22 qələbə və 7 məğlubiyyəti var. O, daha əvvəl UFC-nin yarımyüngül və yüngül çəki dərəcələrində çempion kəmərlərinin sahibi olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti