Filippinin cənub sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Materials 6 Avqust 2026 05:27 (UTC +04:00)
Filippinin cənub sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin cənubunda, Davao Oksidental əyaləti sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, tektonik zəlzələ cümə axşamı yerli vaxtla saat 05:41-də 10 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Balut adasının sahilindən 99 kilometr cənub-qərbdə yerləşib.

Qeyd edək ki, Cənub-Şərqi Asiyada yerləşən arxipelaq dövləti olan Filippin Sakit okeanı əhatə edən yüksək seysmik və vulkanik aktivlik zonası – "Sakit okean Odlu Halqası" üzərində yerləşdiyindən burada tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilər baş verir.

Xəbər lenti

Xəbər lenti