Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşüb.
Bu barədə Ceyhun Bayramov "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Ukraynaya rəsmi səfərim çərçivəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşməkdən məmnun oldum.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri barədə məzmunlu fikir mübadiləsi apardıq.
Beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qorunmasının vacibliyini bir daha təsdiqlədik, həmçinin regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın əhəmiyyətini vurğuladıq", – deyə nazir paylaşımında qeyd edib.
