Məhəmməd Salah "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib

İdman Materials 6 Avqust 2026 06:38 (UTC +04:00)
Məhəmməd Salah "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Misirli hücumçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə gəlib.

Bu barədə klubun X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Bundan əvvəl KİV-də 34 yaşlı futbolçunun "Trabzonspor"la iki illik müqavilənin şərtlərini razılaşdırdığı bildirilmişdi.

Məhəmməd Salahın son klubu İngiltərənin "Liverpul" komandası olub. O, bu yay klubdan ayrılıb.

Salah "Liverpul"un heyətində iki dəfə İngiltərə çempionu (2019/2020 və 2024/2025), UEFA Çempionlar Liqasının (2018/2019) və klublararası dünya çempionatının (2019) qalibi olub. O, həmçinin İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022 və 2023/2024), İngiltərə Superkubokunu (2022) və UEFA Superkubokunu (2019) qazanıb.

Xəbər lenti

Xəbər lenti