Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb (FOTO)

Siyasət Materials 6 Avqust 2026 20:37 (UTC +04:00)
Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovla görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları müsbət qiymətləndirərək bunun ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyini vurğulayıblar.

Qeyd olunub ki, görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər, həmçinin inkişaf edən regional və beynəlxalq təhlükəsizlik mühiti, mövcud geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələrdə davamlı dialoq və praktiki əməkdaşlığın əhəmiyyəti bir daha təsdiqlənib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti