Bakı. Trend:
Bakı–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə avqustun 6-da saat 15 radələrində yolun 147-ci kilometrliyində qeydə alınıb.
Belə ki, “Nissan Qashqai” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 1965-ci il təvəllüdlü, Salyan rayonunun Kolanı kənd sakini Aydın Əmrah oğlu Allahyarov ağır xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılsa da, o, aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
