Çili prezidenti Xose Antonio Kast mütəşəkkil cinayətkarlığa qarşı yeni islahatları elan edib

Dünya xəbərləri Materials 6 Avqust 2026 07:10 (UTC +04:00)
Çili prezidenti Xose Antonio Kast mütəşəkkil cinayətkarlığa qarşı yeni islahatları elan edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Çilinin yeni prezidenti Xose Antonio Kast mütəşəkkil cinayətkarlıqla mübarizəni gücləndirmək məqsədilə geniş qanunvericilik islahatları paketini elan edib.

İfrat sağçı prezident bu barədə xalqa televiziya ilə müraciəti zamanı məlumat verib.

Onun sözlərinə görə, islahatlar paketi 30-dan çox qanun layihəsini əhatə edir.

"Bunlardan bəziləri artıq Konqresin müzakirəsindədir, digərlərini isə yaxın günlərdə təqdim edəcəyik. Bu təşəbbüslər Çilidə mütəşəkkil cinayətkarlıqla mübarizə üsullarını əsaslı şəkildə dəyişəcək", – deyə Xose Antonio Kast bildirib.

Qeyd edək ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi Xose Antonio Kastın seçkiqabağı kampaniyasının əsas vədlərindən biri olub.

Xəbər lenti

Xəbər lenti