Qabiliyyət imtahanlarının nəticələri - bu ixtisaslarda yüksək rəqabət gözlənilir

Cəmiyyət Materials 6 Avqust 2026 14:11 (UTC +04:00)
Qabiliyyət imtahanlarının nəticələri - bu ixtisaslarda yüksək rəqabət gözlənilir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Orta ixtisas təhsil müəssisələrinə 9 illik bazadan qəbulda ümumi plan yerlərinin böyük hissəsinin dolacağı, lakin əsasən aktyor sənəti, vokal, rəqs, xoreoqrafiya, aşıq sənəti və xüsusilə populyar musiqi və caz istiqamətlərində boş yerlərin qalacağı ehtimalı yüksəkdir. Ən sərt rəqabət isə Təsviri sənət və Heykəltəraşlıq (ADRA) ixtisaslarında gözlənilir.

Dövlət İmtahan Mərkəzini orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlarına əsasən 9 illik ümumi orta təhsil bazasında qabiliyyət imtahanlarında iştirak üçün 1954 nəfər qeydiyyatdan keçib. Onlardan 264 nəfər imtahana gəlməyib, 609 nəfər isə qeyri-məqbul alıb.

İmtahanda iştirak edənlərdən 1082 nəfər müsbət nəticə göstərib. Ümumi plan yeri isə 1036-dır.

Rəqabətin çox yüksək olduğu ixtisaslar:

Təsviri sənət – 430 nəfər keçib, 66 plan yeri (təxminən 6,5 nəfərə 1 yer)

Heykəltəraşlıq (ADRA nəzdində İncəsənət Kolleci) – 25 nəfər keçib, 10 plan yeri (2,5 nəfərə 1 yer)

İnstrumental ifaçılıq – 366 nəfər keçib, 311 plan yeri (tam dolacaq, müəyyən rəqabət var)

Təsviri sənət (ADRA nəzdində İncəsənət Kolleci) – 82 nəfər keçib, 66 plan yeri (yerlər böyük ehtimalla dolacaq)

Plan yerlərinin tam dolacağı gözlənilən ixtisaslar:

Dini mənəvi xidmət – 22 nəfər, 20 yer

Heykəltəraşlıq (ADRA) – 25 nəfər, 10 yer

Təsviri sənət (ADRA) – 82 nəfər, 66 yer

Təsviri sənət – 430 nəfər, 66 yer

İnstrumental ifaçılıq – 366 nəfər, 311 yer

Boş yer qalması ehtimalı yüksək olan ixtisaslar:

Aktyor sənəti – 11 nəfər, 15 yer

Bədii yaradıcılıq – 8 nəfər, 15 yer

Xoreoqrafiya – 24 nəfər, 40 yer

Rəqs müəllimliyi – 13 nəfər, 30 yer

Vokal sənəti – 49 nəfər, 65 yer

Aşıq sənəti – 17 nəfər, 32 yer

Populyar musiqi və caz – 1 nəfər, 11 yer (ən çox boş yer qalacaq ixtisas)

Xoreoqrafiya (digər istiqamət) – 9 nəfər, 11 yer

Aktyor sənəti (digər istiqamət) – 5 nəfər, 15 yer

Məqalədə:

Xəbər lenti

Xəbər lenti