Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərilib

İqtisadiyyat Materials 6 Avqust 2026 11:44 (UTC +04:00)
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti yük tədarükü həyata keçirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, 14 vaqondan ibarət, ümumi çəkisi 979 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edilib ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.

Məlumata görə, eyni dövrdə Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti