Azərbaycan neftinin Tunisə ixracı artıb

Energetika Materials 6 Avqust 2026 20:43 (UTC +04:00)
Azərbaycan neftinin Tunisə ixracı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycandan Tunisə ixrac olunan neftin həcmi artıb.

Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycandan Tunisə 187,7 milyon ABŞ dolları dəyərində 307,2 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.

Trend agentliyinin bu məlumatlar əsasında apardığı hesablamalara görə, mövcud göstərici dəyər ifadəsində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 119,8 milyon ABŞ dolları və ya 2,9 dəfə, həcm baxımından isə 181,5 min ton və ya 2,4 dəfə çoxdur.

Qeyd olunub ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan Tunisə 67,9 milyon ABŞ dolları dəyərində 125,7 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac olunub.

Onu da qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcm baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.

Komitənin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5,915 milyon ton neft və neft məhsulları 3,495 milyard ABŞ dolları dəyərində ixrac edilib. Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti