Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Cəmiyyət Materials 6 Avqust 2026 09:38 (UTC +04:00)
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - Faktiki hava
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm-dir.

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 18 m/s təşkil edir. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada 21, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti