Pirşağıda dənizdə batdığı ehtimal olunan yeniyetmənin axtarışları aparılır

Cəmiyyət Materials 6 Avqust 2026 19:58 (UTC +04:00)
Pirşağıda dənizdə batdığı ehtimal olunan yeniyetmənin axtarışları aparılır
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Pirşağıda dənizdə batdığı ehtimal olunan yeniyetmənin axtarışları aparılır.

Bu barədə nazirliyin rəsmi internet saytında dərc edilən məlumatda qeyd olunub.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub".

"Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti