Xaçmazın Müşkür kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2026 17:49 (UTC +04:00)
Xaçmazın Müşkür kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müşkür kəndində növbəti səyyar qəbul keçirib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin məlumatına görə, qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Müşkür, Köhnə Xaçmaz, Müşfiq, Müzəffəroba, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərinin sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlər müraciət və təkliflərini səsləndiriblər. Müraciətlər əsasən elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, çaylarda sahilbərkitmə işlərinin aparılması və məhəllədaxili qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların müraciətlərini dinləyərək onları cavablandırıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti