Asim Xudiyev UEFA Avropa Liqası matçına hakim-inspektor təyin edilib

İdman Materials 6 Avqust 2026 18:21 (UTC +04:00)
Asim Xudiyev UEFA Avropa Liqası matçına hakim-inspektor təyin edilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti