Bakı. Trend:
Dəməşqin Cəmaran ətrafında mikroavtobusda baş verən partlayış nəticəsində ən azı yeddi nəfər yaralanıb.
Bu barədə Suriya Səhiyyə Nazirliyi "Al-Ikhbaria" televiziya kanalına bildirib.
"Xəsarət alanların sayı artıq yeddi nəfərə çatıb", - deyə bildirilib.
Qeyd edilib ki, hazırda ölənlətin qalıqlarının məhkəmə-tibbi ekspertizası aparılır. Ölənlərin sayı hələlik məlum deyil. Xəstəxanalar və təcili yardım şöbələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
İlkin məlumatlara görə, mikroavtobusda partlayıcı qurğu işə düşüb.