Almaniyanın qərbində iki İraq vətəndaşı terrorçuluqda şübhəli bilinərək saxlanılıb

Dünya xəbərləri Materials 6 Avqust 2026 21:54 (UTC +04:00)
Almaniyanın qərbində iki İraq vətəndaşı terrorçuluqda şübhəli bilinərək saxlanılıb

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanları qərbi Almaniyanın Hökster və Bottrop (Şimali Reyn-Vestfaliya) şəhərlərində iki İraq vətəndaşını terrorçuluqda şübhəli bilərək saxlayıb.

Bu barədə "DPA" agentliyi Düsseldorf prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata əsasən, prokurorluq 29 və 46 yaşlarında olan şəxsləri xarici terror təşkilatına mənsub olmaqda ittiham edir. Müstəntiqlər şübhəli şəxslər ən azı 2015-ci ilin ortalarından 2016-cı ilin sonlarına qədər İraqda "İŞİD" qruplaşması ilə birlikdə döyüşdüyünə inanırlar. "Neue Westfälische" qəzetinin məlumatına görə, saxlanılanlar arasında 29 yaşlı bir qadın da var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti