UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya məğlub olub

İdman Materials 6 Avqust 2026 23:04 (UTC +04:00)
UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya məğlub olub
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

“Lublin Arena”da oynanılan qarşılaşma ilk yarıdan sonra hesab Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Ağdam klubunun heyətində 88-ci dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti