Tramp Heqsetin Venesuela və İrandakı əməliyyatlarına görə təqdir edib

Dünya xəbərləri Materials 7 Avqust 2026 00:45 (UTC +04:00)
Tramp Heqsetin Venesuela və İrandakı əməliyyatlarına görə təqdir edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetin fəaliyyətini, xüsusilə Venesuela və İranla bağlı əməliyyatlar üzrə işini yüksək qiymətləndirib.

Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Pit Heqsetin gördüyü işdən son dərəcə razıyam. Hər şey möhtəşəm idi, o cümlədən Venesuelaya qarşı əməliyyatımız (...). Həmçinin İranla bağlı əməliyyat da çox uğurla davam edir. Biz bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün onu darmadağın etdik", - deyə D. Tramp yazıb.

D. Tramp daha əvvəl The Washington Post qəzetində dərc olunan məlumatı yalan adlandırıb. Qəzet mənbələrə istinadən xəbər vermişdi ki, prezident Kemp-Deviddə keçirilən müşavirədə İranla münaqişə fonunda sursat ehtiyatlarının tükənməsi ilə əlaqədar Pentaqon rəhbərindən izahat tələb edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti