Bakı. Trend:
Avqustun 6-da "Yeni Xan qızı" kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində boğulduğu ehtimal edilən 19 yaşlı gənc axtarılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
xxx
09:21
Beyləqanda bir nəfər beton kanalda batıb.
Trend-in məlumatına görə, ötən gün Əhmədov Amin Zamir oğlu rayonun Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğulub.
Hazırda Amin Əhmədovun meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
