İmişlidə traktor velosipedçini vurub - 5 yaşlı uşaq ölüb

Hadisə Materials 7 Avqust 2026 09:26 (UTC +04:00)
İmişlidə traktor velosipedçini vurub - 5 yaşlı uşaq ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İmişlidə 5 yaşlı uşağı traktor vurub.

Trend-in məlumatına görə, hadisə avqustun 6-da rayonun Rəsullu kəndi ərazisində baş verib.

Belə ki, Mustafayev Məhəddin İnsaf oğlunun idarə etdiyi "T-428" markalı traktor hərəkətdə olarkən yolda velosiped sürən 2021-ci il təvəllüdlü Xəlilzadə Ömər Rəşid oğlunu vurub.

Nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti