Azərbaycan Estoniyaya yeni səfir təyin edib

Siyasət Materials 7 Avqust 2026 13:12 (UTC +04:00)
Azərbaycan Estoniyaya yeni səfir təyin edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Estoniyaya yeni fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti