Bakı. Trend:
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları Amerika arsenalını tükəndirib və Pentaqonda "Patriot" hava hücumundan müdafiə sistemi üçün 1700-dən az raket qalıb.
Bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi podratçı şirkətlərdən istehsalı sürətləndirməyi tələb etməyə çalışır. Lakin bütün səylərə baxmayaraq, ABŞ-yə İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə edilmiş “Patriot” sistemləri üçün 1,5 mindən çox raketin istehsalına iki ildən artıq vaxt lazım gələ bilər.
Nəşrin mənbəsi ABŞ-ın sərəncamında 1,7 mindən az belə raketin qaldığını vurğulayıb.
Qəzet qeyd edib ki, arsenalların tükənməsi Pentaqonu Asiya və Avropadakı gəmiləri, təyyarələri və hava hücumundan müdafiə bölmələrini Yaxın Şərqə yönləndirməyə məcbur edir.