Almaniya aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 9 Avqust 2026 00:24 (UTC +04:00)
Almaniya aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. Trend:

Almaniya Federal Polisi Leypsiq-Halle aeroportunda baş verən dron hadisəsindən sonra əks tədbirləri gücləndirib.

Bu barədə "DPA" informasiya agentliyi xəbər verib.

Məlumata əsasən, hava limanının müşahidə qüllələrindən birində mobil antidron sistemi quraşdırılıb. Buraya uzun məsafələrdə pilotsuz uçuş aparatlarını (PUA) aşkarlaya və izləyə bilən radar sistemi daxildir. Bundan əlavə, aeroportda ən müasir dron aşkarlama texnologiyası, radiomaneələr və hətta Federal Polisin tutucu dronlarla təchiz olunmuş xüsusi antidron bölməsi yerləşdiriləcək.

Qeyd edək ki, avqustun 5-də gecə saatlarında Leypsiq-Halle hava limanı cənub uçuş-enmə zolağının yaxınlığında naməlum pilotsuz uçuş aparatı aşkar edilib. Bundan sonra hava limanında uçuşlar dayandırılıb. Bir neçə təyyarə digər hava limanlarına yönləndirilib. Çərşənbə axşamı isə aeroportda çalışan avtobus sürücüsü Ukraynaya məxsus Antonov yük təyyarəsinin yaxınlığında əldəqayırma partlayıcı qurğu daşıyan dron aşkar edib. Araşdırmalardan sonra cihazın üzərində detonator tapılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti