Bakı.Trend:
“Warner Bros. Discovery” kinostudiyası "Matrix" filminin beşinci hissəsinin hazırlandığını açıqlayıb.
Bu barədə “Collider” məlumat yayıb.
Bildirilib ki, filmin ssenarisini Dryu Qoddard yazır. Lakin aktyor heyəti və süjetlə bağlı hələlik heç bir məlumat açıqlanmayıb. Filmin premyerasının 2027-ci ildən sonraya planlaşdırıldığı qeyd olunub.
Bundan əlavə, “Warner Bros.” yaxın illər üçün bir sıra iri layihələrini də elan edib. Onların arasında Cim Kerrinin iştirakı ilə çəkiləcək "Cetsonlar" ("The Jetsons") animasiya serialının ekran adaptasiyası (2027-ci ildən sonra), “Taxt-tac oyunları" ("Game of Thrones") franşizası üzrə yeni film, həmçinin Mett Rivzin çəkdiyi "Betmen" filminin davamı yer alır. Hazırda çəkilişləri davam edən sonuncu filmin premyerası 2028-ci ilin fevralına təyin olunub.
