"Fiorentina" Franko Mastantuononu "Real Madrid"dən icarəyə götürüb

İdman Materials 8 Avqust 2026 01:04 (UTC +04:00)
"Fiorentina" Franko Mastantuononu "Real Madrid"dən icarəyə götürüb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina millisinin hücumçusu Franko Mastantuono "Real Madrid"dən icarə əsasında "Fiorentina"ya keçib.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Mastantuono 2025-ci ilin yayında Argentinanın "River Pleyt" klubundan İspaniya nəhənginə transfer olunmuşdu. O, bu müddət ərzində bütün turnirlərdə 35 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir.

Ötən mövsümün yekunlarına əsasən, "Fiorentina" İtaliya A Seriyasının turnir cədvəlində 15-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti