Yaponiya hərbi təxnikanı kiberhücumlardan müdafiə sistemləri ilə təchiz edəcək

Dünya xəbərləri Materials 10 Avqust 2026 09:47 (UTC +04:00)
Yaponiya hərbi təxnikanı kiberhücumlardan müdafiə sistemləri ilə təchiz edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin radarlarını, döyüş təyyarələrini, yerüstü və suüstü dronları kiberhücumları və belə texnikaya gizli şəkildə nəzarətin ələ keçirilməsi cəhdlərini operativ şəkildə dəf etmək məqsədi daşıyan yeni növ proqram təminatı ilə təchiz etmək niyyətindədir. Bu sistemlərin 2027-ci ildə tətbiqinə başlanılması planlaşdırılır.

Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Süni intellektə əsaslanan pilotsuz qurğular arasında informasiya mübadiləsi şəbəkələrinin qorunmasına xüsusi diqqət yetiriləcək. Məlumata görə, əvvəllər Yaponiya hərbçiləri əsas diqqəti Müdafiə Nazirliyində və qərargahlar arasında rabitə sistemlərinə kiberhücumların qarşısının alınmasına yönəldirdilər. Lakin hakerlərin yeni imkanları döyüş texnikasına və müşahidə radarlarına kənardan nəzarətin ələ keçirilməsi təhlükəsi yaradır.

“Nikkei”nin məlumatına görə, Yaponiya hökuməti paralel olaraq silahlı qüvvələrdə hədəflərin qiymətləndirilməsi və seçilməsi prosesini sürətləndirməyə, həmçinin qoşunların idarə olunması üçün məlumatların inteqrasiyasına imkan verən süni intellekt sistemlərinin tətbiqi imkanını nəzərdən keçirir. ABŞ şirkətlərinin hazırladığı texnologiyalardan istifadə edilməsi nəzərdə tutulur, lakin əsas diqqət Yaponiya texnologiyalarına yönəldiləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti