Bakıda axşam konsertləri keçirilir (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2026 10:35 (UTC +04:00)
Bakıda axşam konsertləri keçirilir (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib.

BŞİH-dən bildirilib ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu axşamlara ev sahibliyi edib.

Həmin parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar bu məkanlarda oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.

Konsert proqramları Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun “Meşə parkı”nda və Nizami rayonundakı “Heydər Əliyev” parkında keçirilib.

Peşəkar və gənc ifaçıların bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib.

Musiqi proqramlarının repertuarı hər həftə yenilənəcək. Konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti