Lukaku “Fənərbağça”ya keçməyə razıdır

İdman Materials 10 Avqust 2026 09:16 (UTC +04:00)
Lukaku “Fənərbağça”ya keçməyə razıdır
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

“Napoli”nin belçikalı hücumçusu Romelu Lukaku “Fənərbağça”ya transfer olunmağa razılıq verib.

Bu barədə insayder Matteo Moretto “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata əsasən, 33 yaşlı futbolçu ilə İstanbul təmsilçisi mümkün transferin şəxsi şərtləri ilə bağlı razılığa gəlib. Növbəti mərhələdə “Fənərbağça” ilə “Napoli” arasında danışıqlar aparılacaq.

Türkiyə klubu Lukaku üçün artıq 6 milyon avro civarında ilk təklifini qarşı tərəfə təqdim edib. “Napoli” isə hücumçunun satışından təxminən 12 milyon avro qazanmağı planlaşdırır.

Lukakunun Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Daha əvvəl onun komandanın mövsümöncəsi hazırlıq prosesinə qatılmadığı və “Napoli”nin futbolçunu 10 milyon avroya satmağa hazır olduğu barədə məlumat yayılmışdı.

Belçikalı forvard ötən mövsüm “Napoli”nin heyətində 5 matçda iştirak edib, 1 qol vurub və 1 sarı vərəqə ilə cəzalandırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti