Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.
Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 700 milyon manat və ya 0,8% ABŞ dolları artaraq 85,8 milyard ABŞ dolları olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib: "Strateji valyuta ehtiyatları tədiyə balansının statistikasına əsasən 40 aylıq idxal mal və xidmətlərinin ödənilmsinə kifayət edir".
AMB sədri qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir.
