Azərbaycanın iqtisadi göstəriciləri açıqlandı

İqtisadiyyat Materials 10 Avqust 2026 16:17 (UTC +04:00)
Azərbaycanın iqtisadi göstəriciləri açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın yanvar-iyul aylarında ümumi daxili məhsulunun (ÜDM) həcmi açıqlanıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi “Ölkənin sosial-iqtisadi inkişafının 2026-cı ilin yanvar-iyul ayları üzrə makroiqtisadi göstəriciləri” hesabatında bildirilir ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda 76,818 milyard manatlıq ÜDM istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalaraq 22,917 milyard manat, qeyri-neft-qaz sektorunda isə 2,2 faiz artaraq 53,901 milyard manat təşkil edib.

Niderlandın banklar qrupunun ING-nin yenilənmiş məlumatlarına əsasən, 2026-cı ildə ÜDM-in illik artımı 2 faiz təşkil edəcək.

Analitiklərin qiymətləndirməsinə görə, 2027-ci il üzrə proqnoz dəyişməyərək 3 faiz səviyyəsində qalıb, 2028-ci ildə isə ÜDM-in 2,3 faiz artacağı gözlənilir: “2026-cı il üzrə rüblük bölgüdə aşağıdakı göstəricilər proqnozlaşdırılır: ikinci rübdə 2 faiz, üçüncü rübdə 3 faiz, dördüncü rübdə 3,3 faiz”.

Proqnoza görə, 2027-ci ildə dinamika belə olacaq: birinci rübdə artımın 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz təşkil edəcəyi gözlənilir. 2028-ci ildə ÜDM-in illik artımı 2,3 faiz olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti