Əmək haqqı ilə bağlı maxinasiyalar Almaniyaya 64 milyard avro ziyan vurub

Dünya xəbərləri Materials 10 Avqust 2026 16:55 (UTC +04:00)
Əmək haqqı ilə bağlı maxinasiyalar Almaniyaya 64 milyard avro ziyan vurub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Minimum əmək haqqı ilə bağlı tələblərdən yayınma 2015-ci ildən etibarən Almaniya iqtisadiyyatına təxminən 64 milyard avro zərər vurub.

Bu barədə avqustun 10-da dpa Almaniya Həmkarlar İttifaqları Birliyinə (DGB) istinadən məlumat yayıb.

DGB-nin təhlilinə əsasən, bu məbləğin 35 milyard avrosu tam həcmdə minimum əməkhaqqı ala bilməyən zərərçəkmiş işçilərin payına düşüb. Daha 22 milyard avro məbləğində zərər sosial sığorta fondlarına dəyib, çünki həmin fondlara kifayət qədər sığorta haqqı ödənilməyib.

Bundan əlavə, fiskal orqanlar 7 milyard avro gəlir vergisindən məhrum olublar.

DGB-də bildirilib ki, “maliyyə kəsirinin bir hissəsi qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyən işəgötürənlərin cinayət xarakterli əməlləri ilə bağlıdır”.

DGB-nin məlumatına görə, 2015-ci ildə minimum əməkhaqqının tətbiqindən bəri hər il orta hesabla təxminən 2 milyon işçi aşağı məbləğdə əmək haqqı alıb. Orta hesabla əskik ödəniş saatda 1,70-2,40 avro təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti