Azərbaycanda orta aylıq əməkhaqqı artıb

İqtisadiyyat Materials 10 Avqust 2026 16:20 (UTC +04:00)
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7% artaraq 1 174 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Eyni zamanda bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631,8 milyon manat təşkil edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.

Xatırladaq ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,3% artaraq 1 175 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4 min 605,7 manat, qeyri neft-qaz sektorunda 1 min 113,3 manat təşkil etmişdi. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1 min 160,9 manat, özəl müəssisələrdə isə 1 min 188,7 manat olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti