Bolqarıstanda silah zavodunda partlayış olub

Dünya xəbərləri Materials 10 Avqust 2026 14:45 (UTC +04:00)
Bolqarıstanda silah zavodunda partlayış olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.

Bu barədə BNT yerli hökumətə istinadən xəbər yayıb.

Xəbərə görə, insident EMCO şirkətinə məxsus Tryavna şəhəri yaxınlığında yerləşən zavodda baş verib. Sözügedən şirkət nüfuzlu iş adamı Emilian Qebrevə məxsusdur.

2020-ci ildə Bolqarıstan hakimiyyəti Rusiya vətəndaşlarını 2015-ci ildə ona sui-qəsd hazırlamaqda ittiham etmişdi.

Qeyd olunub ki, partlayış nəticəsində heç kim xəsarət almayıb. 300-ə yaxın insanın təxliyə edildiyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti